Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yevlax şəhəri ərazisində “VAZ-21074” markalı avtomobil beton dirəyə çırpılıb
28.10.2022
Oktyabrın 28-də saat 17 radələrində Yevlax şəhəri ərazisində şəhər sakini Həsən Mirzəyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili beton dirəyə vurub. Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, H.Mirzəyev və sərnişinlərdən Rüfət Həmidov orada ölüblər. Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə qəsəbə sakinləri M.Hətəmxanova və G.Hacıyeva vurulublar
Oktyabrın 28-də saat 19 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində rayon sakini N.Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Məlahət Hətəmxanovanı və Gülşən Hacıyevanı vurub. Nəticədə M.Hətəmxanova hadisə yerində ölüb, G.Hacıyeva xəstəxanaya yerləşdirilib.Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sabail rayonu Badamdar qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfər saxlanılıb
Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən Badamdar qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Tədbir zamanı narkotik maddələrin satışını həyata keçirən 4 nəfər – Aqil Əliyev, Səkinə Məmmədova, Rza Əliyev və Yasin Fərmanoğlu tutulublar. Həmin şəxslərdən 1 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotikləri Səbail rayonu ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.Faktlarla bağlı toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Səbail rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilirQeyd edək ki, oktyabr ayı ərazində Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 20 nəfər tutularaq istintaqa təqdim edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub
27.10.2022
Oktyabrın 27-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Oğurluğa görə axtarışda olan V.Tapdıqzadə saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Bölməsi və Gəncə ŞBPİ-nin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan V.Tapdıqzadə saxlanılıb. Araşdırmalarla onun Bakıxanov qəsəbəsi ərazisində yerləşən ödəmə terminallarının birindən sındırmaq yolu ilə 3644 manat pul və bir evdən 1350 manat dəyərində 2 ədəd velosiped, təmir-tikinti alətləri və elektrik naqili oğurlaması da müəyyən olunub.
Yasamal rayonu ərazisində iki moped oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-nə keçən gecə Ə.Cəmil küçəsində X.Müseyibova məxsus “Tufan” markalı, oktyabrın 23-nə keçən gecə isə H.Məcidov küçəsində E.Sarılıya məxsus mopedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Səmədli və Şəki şəhər sakini M.Nəcməddinli saxlanılıblar. Araşdırmalarla M.Nəcməddinlinin Ə.Əhmədov küçəsindən T.İbrahimova məxsus mopedi oğurlaması da müəyyən olunub. Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində bir avtomobildən 2 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən N.Cabbarov saxlanılıb
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobildən 2 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Cabbarov saxlanılıb. Araşdırma aparılır.
Oğuz rayonunun Bucaq kəndindəki evlərin birindən oğurluğa cəhd göstərən şəxslər saxlanılıblar
Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 26-da Bucaq kəndindəki evlərin birindən oğurluğa cəhd göstərən əvvəllər məhkum olunmuşlar - kənd sakini E.Həsənov, Abşeron rayon sakini A.Hüseynov və Şəki rayon sakini H.Məmmədov saxlanılıblar. Araşdırmalarla onların E.Alxasova məxsus “Mercedes” markalı avtomobili qaçırılmaları, bir mağazadan 150 manat pul, 300 manat dəyərində tütün məmulatı və daha bir evindən 700 manat dəyərində televizor oğurlamaları da müəyyən olunub.Polis əməkdaşları tərəfindən üzərində dövlət qeydiyyat nişanları olmayan həmin avtomobil tapılıb. Araşdırma aparılır.
Şabran rayon sakini R.Bayramovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şabran rayon sakini R.Bayramovdan qanunsuz saxladığı “Tula” markalı ov tüfəngi götürülüb.
İsmayıllı rayonunun İvanovka qəsəbəsi ərazisində “KİA” markalı avtomobil aşıb
Oktyabrın 27-də saat 16 radələrində İsmayıllı rayonunun İvanovka qəsəbəsi ərazisində rayon sakini F.Abdullayev idarə etdiyi “KİA” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən həyat yoldaşı Fatma hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.