Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şamaxı rayonunun Quşçu kəndi ərazisində “VAZ-2107” markalı avtomobil yolun kənarına aşıb
29.10.2022
Oktyabrın 29-da saat 23 radələrində Şamaxı rayonunun Quşçu kəndi ərazisində şəhər sakini Tural Hörmətzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarına aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib. Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sabunçu rayonu ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən M.Seyidov saxlanılıb
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də rayon ərazisindəki evlərin birindən 5300 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Seyidov saxlanılıb.
Nərimanov rayonu ərazisindəki orta məktəblərin birində məktəbliyə qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən Tərtər rayon sakini S.Həsənov saxlanılıb
Nərimanov Rayon Polis İdarəsində oktyabrın 27-də rayon ərazisindəki orta məktəblərin birində məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilməsi barədə daxil olan məlumatla əlaqədar Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanılıb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə və quldurluq əməllərinə görə məhkum olunmuş Tərtər rayon sakini S.Həsənov müəyyən olunaraq saxlanılıb.
Beyləqan rayon sakini R.Əsgərlidən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Təzəkənd kənd sakini R.Əsgərlidən qanunsuz saxladığı ov tüfəngi götürülüb.
Kürdəmir şəhər sakinləri Ə.Abbasov və A.Hüseynovdan narkotik vasitələr aşkar edilərək götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Kürdəmir şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Abbasov və A.Hüseynov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 11 qrama yaxın heroin, 15 qramdan artıq metamfetamin və 4 kiloqram 70 qram marixuana aşkar edilərək götürülüb.
Bakı şəhər sakinləri A.Rzayev və S.Məmmədov Hacıqabul rayonu ərazisində qanunsuz ov etdikləri üçün saxlanılıblar
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakinləri A.Rzayev və S.Məmmədov Padar qəsəbəsi ərazisində qanunsuz ov etdikləri üçün saxlanılıblar.Onlardan qanunsuz saxladıqları “Vinchester” və “İJ-27” markalı 2 ov tüfəngi, 82 ədəd patron və digər ov ləvazimatları götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub
28.10.2022
Oktyabrın 28-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Narkotiklərin qanunsuz dövriyyəsinə görə axtarışda olan Bakı şəhər sakini E.Tağıyev saxlanılıb
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) axtarışda olan Bakı şəhər sakini E.Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 104 qrama yaxın heroin və 16 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.
Kürdəmir rayon sakini S.Ağayevin həyətindəki tövlədən 9 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini S.Ağayevin həyətindəki tövlədən 9 baş qoyun oğurlamaqda şübhəli bilinən rayon sakinləri İ.Heydərov, E.Qəmbərli və Bakı şəhər sakini C.Məmmədov saxlanılıblar. Araşdırmalarla E.Qəmbərlinin M.Məmmədova məxsus 1 baş inəyi oğurlaması da müəyyən olunub.
Sabirabadda saxlanılan Qalağayın kənd sakini R.Məmmədovdan heroin aşkar olunub
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Qalağayın kənd sakini, əvvəllər məhkum olunmuş R.Məmmədovdan heroin aşkar olunub. Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən Suqovuşan kənd sakini F.Əliyev də müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan da heroin götürülüb. Davam etdirilən tədbirlərlə F.Əliyevə narkotik vasitəni satmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş S.Məmmədov da müəyyən olunaraq saxlanılıb. Onun yaşadığı evə baxış zamanı oradan 428 qram heroin və 87 qram metamfetamin aşkar olunaraq götürülüb.