Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
30.10.2022
Oktyabrın 30-da saat 7 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Sabirabad rayon sakini E.Əlizadənin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Sumqayıt şəhər sakini Şahin Fətullayevin idarə etdiyi “BMW” markalı avtomobil toqquşub. Nəticədə Ş.Fətullayev və sərnişinlərindən Bəymirzə Mərdanov hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 30-da saat 22 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Fatmayı kənd sakini S.Orucov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən piyadanı vurub və nəticədə o, hadisə yerində ölüb.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Soyğunçuluqda şübhəli bilinən Biləsuvar rayon sakini E.Orduxanov saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 24-də rayon ərazisində Bakı şəhər sakini S.Xankişiyevanın içərisində pulu, sənədi və mobil telefonu olan cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş E.Orduxanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini İ.Knyazov saxlanılıb
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da rayon ərazisindəki poçtların birindən 1040 manat pul və 2600 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Knyazov saxlanılıb.
Şabran şəhər sakini R.Əliyevin evindən narkotik vasitələr aşkar edilərək götürülüb
Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini R.Əliyevin evinə baxış zamanı oradan ona və qohumu, əvvəllər məhkum olunmuş M.Quliyevə məxsus 6 kiloqrama yaxın marixuana, 161 qramdan artıq həşiş və 155 qramdan artıq çətənə toxumları aşkar edilərək götürülüb.
Zərdab rayon sakinləri A.Əhmədovdan və V.Mürşüdovdan qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gödəkqobu kənd sakinləri A.Əhmədovdan və V.Mürşüdovdan qanunsuz saxladıqları “İJ-58” və “TOZ” markalı 2 ov tüfəngi götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
29.10.2022
Oktyabrın 29-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Abşeron rayonu ərazisində “Mercedes” markalı avtomobillə İsmayıllı rayon sakini A.Fazilli və onun oğlu vurulub
Oktyabrın 29-da saat 19 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini T.Məhərrəmli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və onun oğlu Xəyalı vurub. Nəticədə hər 2 piyada hadisə yerində ölüblər.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Binəqədi rayonunun 28 May qəsəbəsi ərazisində “BMW” markalı avtomobil yolun kənarındakı maneəyə çırpılıb
Oktyabrın 30-da saat 1 radələrində Binəqədi rayonunun 28 May qəsəbəsi ərazisində Bakı şəhər sakini Azər Səfiyev idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarındakı maneəyə vurub və nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində “VAZ-2121” markalı avtomobil yolun kənarındakı dəmir boruya çırpılıb
Oktyabrın 29-da saat 14 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində Yardımlı rayon sakini N.Əliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili yolun kənarındakı dəmir boruya vurub. Nəticədə onun sərnişini Yardımlı rayon sakini Nəsibə Əlişova hadisə yerində ölüb.Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.