Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xırdalan şəhəri ərazisində yolu keçən şəhər sakini S.Əsədovanı və nəvəsini idarə etdiyi avtomobillə vuraraq hadisə yerində yayınmaqda şübhəli bilinən sürücü M.Nağıyev saxlanılıb
01.11.2022
Oktyabrın 31-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində yolu keçən şəhər sakini Solmaz Əsədova və nəvəsi Y.Əsədov müəyyən edilməyən avtomobillə vurulub. Nəticədə onlar xəstəxanaya yerləşdirilib, S.Əsədova orada ölüb.Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.Yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Nağıyev saxlanılıb. Araşdırma aparılır.
Masallı şəhəri ərazisindəki şadlıq saraylarının birində şəhər sakini Ə.Əhmədovun pulunu açıq talama yolu ilə almaqda şübhəli bilinən İ.Abuşov saxlanılıb
Masallı Rayon Polis Şöbəsinə oktyabrın 29-da saat 23 radələrində şəhər ərazisindəki şadlıq saraylarının birində şəhər sakini Ə.Əhmədovun 200 manat pulunun açıq talama yolu ilə talanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Təzə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş İ.Abuşov müəyyən edilərək saxlanılıb.Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-cı (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.
Şabran şəhər sakini Ə.Rəsulovdan qanunsuz saxladığı ov tüfəngi və 5 ədəd patron götürülüb
Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ə.Rəsulovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi və 5 ədəd patron götürülüb.
Astara şəhər sakini Ə.Şəfiyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ə.Şəfiyevdən qanunsuz saxladığı “Kral” markalı ov tüfəngi götürülüb.
Gəncə Beynəlxalq Hava Limanında Z.Yolçuyevin çantasından pnevmatik tapança və 500 ədəd qırma aşkar edilərək götürülüb
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə Beynəlxalq Hava Limanında Z.Yolçuyevin çantasına baxış zamanı “Valter” markalı pnevmatik tapança və 500 ədəd qırma aşkar edilərək götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
31.10.2022
Oktyabrın 31-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Göyçay rayonunun Bəydövül kəndi ərazisində “VAZ-21099” markalı avtomobil ağaca çırpılıb
Oktyabrın 31-də saat 21 radələrində Göyçay rayonunun Bəydövül kəndi ərazisində rayon sakini R.Ağayev idarə etdiyi “VAZ-21099” markalı avtomobili ağaca vurub. Nəticədə sərnişini olan qardaşı Ziyaməddin hadisə yerində ölüb, sürücü və digər iki sərnişininə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində yolu keçən şəhər sakini Solmaz Əsədova və nəvəsi Y.Əsədov müəyyən edilməyən avtomobillə vurulub
Oktyabrın 31-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində yolu keçən şəhər sakini Solmaz Əsədova və nəvəsi Y.Əsədov müəyyən edilməyən avtomobillə vurulub. Nəticədə onlar xəstəxanaya yerləşdirilib, S.Əsədova orada ölüb.Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Mingəçevir şəhəri ərazisində “Ford Transit” markalı avtomobillə şəhər sakini Ə.Məhərrəmov vurulub
Oktyabrın 31-də saat 20 radələrində Mingəçevir şəhəri ərazisində Gəncə şəhər sakini B.Hüseynli idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən şəhər sakini Əflatun Məhərrəmovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada ölüb.Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Yevlax şəhər sakinləri E.Seyidov və R.Musayevdən heroin götürülüb
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri E.Seyidov və əvvəllər məhkum olunmuş R.Musayev saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan heroin, E.Seyidovun idarə etdiyi “Audi” markalı avtomobilə baxış zamanı isə bıçaq aşkar edilərək götürülüb.