Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədi rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Ə.İbadzadə saxlanılıb
31.10.2022
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də rayon ərazisindəki evlərin birindən 680 manat və 200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Ə.İbadzadə saxlanılıb.Araşdırma aparılır.
Ramana qəsəbəsinin Şuşa şəhərciyindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən N.İmamquliyev saxlanılıb
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də Ramana qəsəbəsinin Şuşa şəhərciyindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin qohumu Yevlax rayon sakini N.İmamquliyev saxlanılıb.Araşdırma aparılır.
Bakı şəhər sakini E.Mehdiyevə məxsus “Niva” markalı avtomobili qaçırmaqda şübhəli bilinən M.Məmmədov avtomobillə birgə saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də R.Rüstəmov küçəsindən Bakı şəhər sakini E.Mehdiyevə məxsus “Niva” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini M.Məmmədov oktyabrın 28-də H.Əliyev prospektində avtomobillə birgə saxlanılıb.Araşdırma aparılır.
Suraxanı rayonu ərazisindəki mağazaların birindən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən M.Bukavadze saxlanılıb
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisindəki mağazaların birindən 150 manat pul və 2850 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini M.Bukavadze saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisindəki marketlərin birindən spirtli və sərinləşdirici içkilər oğurlamaqda şübhəli bilinən E.Əzizli saxlanılıb
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da şəhər ərazisindəki marketlərin birindən 700 manat dəyərində spirtli və sərinləşdirici içkilər oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini E.Əzizli saxlanılıb.Araşdırma aparılır.
Şamaxı şəhəri ərazisindəki bazarda rayon sakini N.Kərimovun cibindən pul oğurlamaqda şübhəli bilinən F.Feyzullayev saxlanılıb
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da şəhər ərazisindəki bazarda rayon sakini N.Kərimovun cibindən 3400 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Feyzullayev saxlanılıb.Araşdırma aparılır.
Masallı rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Ə.Quliyev saxlanılıb
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də rayon ərazisindəki evlərin birindən 3000 manat oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu, şəhər sakini Ə.Quliyev saxlanılıb.Araşdırma aparılır.
Bərdə şəhər sakini R.Rüstəmova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da Türkmən kəndi ərazisindən şəhər sakini R.Rüstəmova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakinləri S.Süleymanov və əvvəllər məhkum olunmuş B.Məmmədov saxlanılıblar. Avtomobil Ərəblər kəndi ərazisində tapılıb.
Astara rayonunun Səncərədi kənd sakini S.Haqverdiyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Səncərədi kənd sakini S.Haqverdiyevdən qanunsuz saxladığı “Tula” markalı ov tüfəngi götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub
30.10.2022
Oktyabrın 30-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.