Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Beyləqan rayonunun Bünyadlı kənd sakini R.Cəfərovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
02.11.2022
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bünyadlı kənd sakini R.Cəfərovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Lənkəran rayon sakini Zamin Şiriyevin narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində protokol tərtib olunub və avtomobil müvəqqəti duracağa yerləşdirilib
Oktyabrın 31-də saat 13 radələrində Masallı rayonu ərazisində “Ravon” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Polis əməkdaşları tərəfindən sürücü, Lənkəran rayon sakini Zamin Şiriyevin narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi protokol tərtib olunub və avtomobil müvəqqəti duracağa yerləşdirilib.Masallı rayon məhkəməsinin qərarı ilə Z.Şiriyev 8 gün müddətinə inzibati həbs edilib.
Özünü sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi “Facebook” səhifəsində paylaşılan məlumatların şərh bölməsinə müraciəti daxil olan vətəndaşlarla sonradan əlaqə yaradaraq özünü qeyd edilən qurumun əməkdaşı kimi təqdim edən naməlum şəxsin insanlara qarşı dələduzluq etdiyi barədə müraciət daxil olub. Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Vüqar Əhmədov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Vüqar Əhmədov “Facebook” sosial şəbəkəsində “Həsən Ağayev” və digər saxta profillər yaradaq orada qeyd edilən dövlət qurumunun əməkdaşı olduğu barədə informasiyalar yerləşdirib. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsinin şərh bölməsinə yazan vətəndaşlarla əlaqə yaradaraq onların müraciətlərini qısa zamanda həll edəcəyi barədə yalan vədlər verib. Vüqar Əhmədov bunun müqabilində zərərçəkənlərdən onun kartına müxtəlif məbləğlərdə maddi vəsasitin köçürülməsini tələb edib. Həmin vəsaitləri əldə edəndən sonra isə zərərçəkənlərin onunla bir daha əlaqə yaratmaması üçün mobil telefonlarını və sosial şəbəkə hesablarını bloklayıb. Faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Vüqar Əhmədov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Daxii İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
Bakı şəhərində mopedlə narkotik vasitələrin satışını həyata keçirən şəxs saxlanılıb
Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitələrin satışını və paylanmasını təşkil edən daha bir nəfər saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Amil Sərhədov tutularaq istintaqa təqdim edilib. Onun üzərinə və Yasamal rayonundakı evinə baxış zamanı ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növdən olan narkotik vasitə aşkar olunaraq götürülüb. Amil Sərhədov ifadəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən narkotik vasitələrin Bakı şəhərində satışını və paylanmasını təşkil etdiyini bildirib. O, əvvəlcədən təyin edilən ünvanlara narkotikləri çatdırmaq və ətrafdakı insanların diqqətini cəlb etməmək üçün kuryer görüntüsü yaradaraq mopeddən istifadə edirmiş.Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Amil Sərhədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 82 cinayətin açılması təmin olunub
01.11.2022
Noyabrın 1-də ölkə ərazisində qeydə alınan 82, əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Yevlax rayonunun Malbinəsi kəndi ərazisində “VAZ-2106” və “Nissan” markalı avtomobillər toqquşub
Noyabrın 1-də saat 20 radələrində Yevlax rayonunun Malbinəsi kəndi ərazisində rayon sakinləri P.Məhərrəmovun idarə etdiyi “VAZ-2106” və S.Səfərovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə P.Məhərrəmovun sərnişini olan anası Həqiqət Məhərrəmova hadisə yerində ölüb, özü və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Yevlax rayonunun Yuxarı Qarxun kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə kənd sakini İ.Gülalıyev vurulub
Noyabrın 1-də saat 19 radələrində Yevlax rayonunun Yuxarı Qarxun kəndi ərazisində şəhər sakini M.Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini İsrəfil Gülalıyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Quba rayonu ərazisində “Ford” markalı avtomobillə piyada vurulub
Noyabrın 1-də saat 23 radələrində Quba rayonu ərazisində rayon sakini E.Həsənov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Şahbəddin Bədəlovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nizami rayonu ərazisində bir avtomobildən monitor və cərəyan bloku, H.Məmmədovun isə mobil telefonunu oğurlamaqda şübhəli bilinən O.Vəliyev saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-dən oktyabrın 31-dək olan müddətdə rayon ərazisində bir avtomobildən 1700 manat dəyərində monitor və cərəyan bloku, H.Məmmədovun isə 400 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş O.Vəliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
Yasamal rayonu ərazisində bir avtomobildən pul, mobil telefon, 2 ədəd eynək və çantanı soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən E.Rzayev saxlanılıb
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də rayon ərazisində bir avtomobildən 50 manat pul, mobil telefon, 2 ədəd eynək və çantanı soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Rzayev saxlanılıb.Araşdırma aparılır.