Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu və 160 qram marixuana aşkar edilərək götürülüb
29.09.2022
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Axtaçı kənd sakini A.Məlikovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu və 160 qram marixuana aşkar edilərək götürülüb.
“Papanin” və “Kubinka”da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 8, silsilə oğurluqlar edən isə 1 nəfər saxlanılıb
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gecə rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində, eləcə də, Şamil Əzizbəyov, Hüseynbala Əliyev, Namiq Məlikov küçələrində daha bir əməliyyat keçirilib. Tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha 8 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində narkotiklərin sosial şəbəkələr vasitəsilə onlayn yolla alqı-satqısını həyata keçirdiklərini bildiriblər. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı paytaxt ərazisində evlərdən silsilə oğurluqlar edən İlkin Salayev tutulub. Ətrafında aparılan araşdırmalar zamanı onun Nəsimi rayonu və paytaxtın digər ərazilərində 18 evdən pul, qızıl-zinət və digər qiymətli əşyalar oğurladığı məlum olub. Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Adları çəkilən şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyatlar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub
28.09.2022
Sentyabrın 28-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Masallı rayonunun Boradigah qəsəbəsi ərazisində “Renault” markalı avtomobil çaya aşıb
Sentyabrın 29-da saat 1 radələrində Masallı rayonunun Boradigah qəsəbəsi ərazisində Lənkəran şəhər sakini Ə.Qasımov idarə etdiyi “Renault” markalı avtomobili çaya aşırıb. Nəticədə avtomobildəki sərnişinlər - Lənkəran şəhər sakinləri Bəhram Məmmədzadə və Zaur Əlizadə hadisə yerində ölüblər.Masallı RPŞ-də araşdırma aparılır.
Nizami rayonunun Babək prospektində “Mercedes” markalı avtomobillə paytaxt sakini M.Allahverdiyeva vurulub
Sentyabrın 28-də saat 8 radələrində Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini P.İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Mahirə Allahverdiyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Nizami RPİ-də araşdırma aparılır.
Qəbələ rayonunun Zarağan kəndi ərazisində “Ford Transit” markalı avtomobillə rayon sakini M.Cəlilov vurulub
Sentyabrın 28-də saat 20 radələrində Qəbələ rayonunun Zarağan kəndi ərazisində Böyük Pirəli kənd sakini C.Ağababayev idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən Dızaxlı kənd sakini Mirzəsöyün Cəlilovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Qəbələ RPŞ-də araşdırma aparılır.
Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində “VAZ-2107” markalı iki avtomobil toqquşub
Sentyabrın 28-də saat 16 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində Gədəbəy rayon sakini R.Məmmədəliyevin idarə etdiyi “VAZ-2107” və İrmaşlı kənd sakini S.Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə S.Əliyevin 3 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Orxan Quliyev orada ölüb.Şəmkir RPŞ-də araşdırma aparılır.
Xəzər rayonu ərazisindəki fermaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 26-da rayon ərazisindəki fermaların birindən 8500 manat dəyərində arpa və 200 ədəd dibçək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Məmmədov və İ.Musalı saxlanılıblar.Araşdırma aparılır.
Gəncə şəhəri ərazisində bir avtomobildən 81 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinənlərdən biri saxlanılıb, 3 nəfərin isə şəxsiyyəti müəyyən olunub
Gəncə ŞBPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində “Chevrolet” markalı bir avtomobildən 15000 manat dəyərində 81 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən Gəncə sakini O.Hüseynov saxlanılıb, 3 nəfərin isə şəxsiyyəti müəyyən olunub.Əməliyyat-axtarış tədbirləri aparılır.
Sabirabad rayon sakini M.Qasımovun evinin həyətindən marixuana və qanunsuz saxladığı ov tüfəngi aşkar edilərək götürülüb
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Qasımovun yaşadığı Cavad kəndindəki evin həyətinə baxış zamanı oradan 785 qramdan artıq marixuana və qanunsuz saxladığı “Magnum 901 G” markalı ov tüfəngi aşkar edilərək götürülüb.