Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Cəlilabad rayonunun Muğan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
30.09.2022
Sentyabrın 30-da saat 22 radələrində Cəlilabad rayonunun Muğan kəndi ərazisində Göytəpə şəhər sakini Mübariz Aslanov idarə etdiyi “VAZ-21074” markalı avtomobili ağaca vurub. Nəticədə sürücü və sərnişini İslam Musayev hadisə yerində ölüblər.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
29.09.2022
Sentyabrın 29-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Buzovna qəsəbə sakini 50 yaşlı Valeh Qədəşovu qətlə yetirməkdə şübhəli bilinən qardaşı oğlu tutularaq istintaqa təhvil verilib
Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə sentyabrın 29-da saat 2 radələrində Buzovna qəsəbə sakini 50 yaşlı Valeh Qədəşovun üzərində xəsarətlər olan meyitinin tapılması barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan araşdırmalarla Bakı şəhər sakini Ş.Qədəşovun aralarında yaranmış münaqişə zamanı əmisi V.Qədəşova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Qədəşov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Qəbələ rayon sakini Z.Zahidli saxlanılıb, digərinin isə şəxsiyyəti müəyyən olunub
Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə sentyabrın 29-da saat 20 radələrində S.Tağıyevin yaşadığı Buzovna qəsəbəsindəki evə oğurluq məqsədi ilə girən 2 nəfərin onunla rastlaşdıqda bıçaqla xəsarət yetirərək qaçmaları barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Z.Zahidli saxlanılıb, digərinin isə şəxsiyyəti müəyyən olunub. Əməliyyat tədbirləri aparılır.
Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini S.Həsənov saxlanılıb
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da Bakı şəhər sakini C.Quluzadənin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini S.Həsənov saxlanılıb. Binəqədi RPİ-də araşdırma aparılır.
Nərimanov rayonunun F.X.Xoyski küçəsində yol-nəqliyyat hadisəsi
Sentyabrın 29-da saat 15 radələrində Nərimanov rayonunun F.X.Xoyski küçəsində Tərtər rayon sakini R.Şahbazov idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu ilə yolu keçən Bakı şəhər sakini Rəhilə Zeynalovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Nərimanov RPİ-də araşdırma aparılır.
Yevlax rayonunun Səmədabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Sentyabrın 29-da saat 10 radələrində Yevlax rayonunun Səmədabad kəndi ərazisində Goranboy rayon sakinləri Z.Cəfərovun idarə etdiyi “Mercedes” və N.Kazımovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub. Nəticədə N.Kazımovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Yevlax rayon sakini Valeh Kərimli orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Şəmkir rayonunun Könüllü kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Sentyabrın 28-də saat 15 radələrində Şəmkir rayonunun Könüllü kəndi ərazisində kənd sakini K.Rzayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndliləri Samir Əliyevi və M.Əsgərlini vurub. Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, S.Əliyev sentyabrın 29-da orada ölüb.Şəmkir RPŞ-də araşdırma aparılır.
Xaçmaz rayon sakini M.Bayramovun idarə etdiyi avtomobilə baxış zamanı oradan 457 qramdan artıq marixuana aşkar edilərək götürülüb
Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini M.Bayramovun idarə etdiyi “VAZ-21099” markalı avtomobilə baxış zamanı oradan 457 qramdan artıq marixuana aşkar edilərək götürülüb.
Oğurluqda şübhəli bilinən Ağsu rayon sakinləri C.Səlimov, R.Kərimov və qardaşı saxlanılıblar
Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də rayon ərazisindəki evlərin birindən 6287 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri C.Səlimov, R.Kərimov və qardaşı saxlanılıblar.