Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Quldurluq yolu ilə talamaqda şübhəli bilinən Ağsu rayon sakini R.Əsgərova müəyyən olunaraq saxlanılıb
05.11.2022
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 2-də Bakı şəhər sakini olan bir azyaşlını bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Ağsu rayon sakini R.Əsgərova müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Masallı rayon sakini Z.İmamquliyev müəyyən olunaraq saxlanılıb
Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Ə.Qayıbov küçəsindən “Azəriqaz” İB-yə məxsus 2000 manat dəyərində dəmir boruların oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Z.İmamquliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini D.Məmmədov müəyyən olunaraq saxlanılıb
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Binə qəsəbə sakini M.Məmmədovun evindən 1870 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş D.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Həsənova və M.İbrahimov müəyyən olunaraq saxlanılıblar
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Yağıbəyovun mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Həsənova və M.İbrahimov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən R.Quliyev saxlanılıb
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən R.Quliyev saxlanılıb. Araşdırma aparılır.
Salyan rayon sakini E.Salahovdan tiryək, yaşadığı evə baxış zamanı isə 150 qramdan artıq heroin, 68 qramdan çox tiryək, həşiş, 35 qram marixuana və çətənə bitkisinin hissələri aşkar olunaraq götürülüb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan əvvəllər məhkum olunmuş E.Salahovdan tiryək, yaşadığı evə baxış zamanı isə 150 qramdan artıq heroin, 68 qramdan çox tiryək, həşiş, 35 qram marixuana və çətənə bitkisinin hissələri aşkar olunaraq götürülüb.
Şirvan şəhər sakini X.Musayev, Hacıqabul rayon sakinləri A.Ağarəhimov və A.Əzizovdan narkotik vasitələr götürülüb
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuşlar - Şirvan şəhər sakini X.Musayev, Hacıqabul rayon sakinləri A.Ağarəhimov və A.Əzizov əlbir olaraq 6 qramdan artıq heroini, 4 qrama yaxın metamfetamini Göygöl şəhəri ərazisində onlayın qaydada qanunsuz dövriyyəsini həyata keçirən zaman A.Əzizovun idarə etdiyi “Chevrolet” markalı avtomobildə saxlanılıblar. Şəxsi axtarış zamanı A.Ağarəhimovdan 1 qrama yaxın heroin də aşkar olunaraq götürülüb.
Oğurluqda şübhəli Şirvan şəhər sakini E.Həsənov saxlanılıb
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli şəhər sakini E.Həsənov saxlanılıb. Araşdırma aparılır.
Hazırladıqları saxta spirtli içkiləri gecə klublarında müştərilərə satan mütəşəkkil dəstənin üzvləri saxlanılıblar
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil dəstəyə qarşı əməliyyat keçirilib. Nəticədə dəstənin üzvləri - Emil Həsənov, Elçin Mirzəyev, Mikayıl Abbasov, Cahid Şahbazov, Rasim Nuriyev, Neman Abdullayev, Tərxan Kəlbiyev və Sərqam Orucov tutulublar. Müəyyən olunub ki, Mikayıl Abbasovla Elçin Mirzəyev paytaxta yaxın qəsəbələrdə gizli sexlər yaradaraq orada kustar üsulla viski, tekila, konyak, araq və digər növdən olan spirtli içkilər hazırlayıblar. Daha sonra bu şəxslər spirtli içkilərin topdan satışı ilə məşğul olan Neman Abdullayev, eləcə Bakı şəhərində yerləşən “Gold Baku” və “Tunel” gecə klublarının sahibləri Cahid Şahbazov, həmçinin Emil Həsənovla birgə cinayət əlaqəsinə girərək saxta spirtli içkilərin həmin obyektlərdə müştərilərə satışını təşkil ediblər.Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən adları sadalanan şəxslərə məxsus saxta spirtli içkilərin hazırlandığı sexlərə, anbarlara və gecə klublarına baxış keçirilib. Həmin obyektlərdən xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, çoxsaylı etiketlər, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt və sair maddi sübutlar aşkar olunaraq götürülüb. Aşkar edilən saxta spirtli içkilərin ekspertizası zamanı müəyyən edilib ki, həmin məhsullar istifadəyə yararsız olmaqla bərabər insan sağlamlığı üçün də ciddi təhlükə mənbəyidir.Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Mütəşəkkil dəstənin üzvləri barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd olunan hüquqazidd əməllərin hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.Qeyd edək ki, Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcəkdir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
04.11.2022
Noyabrın 4 -də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.