Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 41 cinayətin açılması təmin olunub
06.11.2022
Noyabrın 6-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Oğurluq etməkdə şübhəli bilinən Bərdə rayon sakini A.Vəliyev müəyyən olunaraq saxlanılıb
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə noyabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində içərisində 30.000 ABŞ dolları və geyim əşyaları olan çantanın oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Vəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən Gəncə şəhər sakini F.Cəfərov 700 manat məbləğində cərimələnməklə 2 il müddətinə sürücülük hüququndan məhrum edilib
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən oktyabrın 29-da saat 8 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində “VAZ-2121” markalı avtomobil yoxlama-nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Gəncə şəhər sakini F.Cəfərovun narkotik vasitənin təsiri altında olması müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə protokol tərtib edilərək Şəmkir rayon Məhkəməsinə göndərilib.Məhkəmənin qərarı ilə F.Cəfərov 700 manat məbləğində cərimələnməklə 2 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Bank hesabından 1000 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini İ.İsmayılov müəyyən olunaraq saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 3-də Abşeron rayon sakini F.Əliyevin bank hesabından 1000 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İ.İsmayılov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Z.Əliyeva müəyyən olunaraq saxlanılıb
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-də A.Əliyev küçəsindəki evlərin birindən 4530 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Əliyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Biləsuvar rayon sakini M.Rəhimov saxlanılıb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 1190 manat pul, 5 ədəd mobil telefon, noutbuk və məişət əşyaları, digər mağazadan noutbuk və tütün məmulatı və bir ofisdən noutbuk oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş M.Rəhimov saxlanılıb. Araşdırma aparılır.
Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Noyabrın 6-da saat 8 radələrində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində Beyləqan rayon sakini Elman Vəlizadə idarə etdiyi “Mercedes” markalı avtomobili su kanalına aşırıb. Nəticədə sürücü və sərnişini, Ağcabədi rayon sakini Məhbubə Nəsirova suda boğularaq ölüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
05.11.2022
Noyabrın 5-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri V.Hüseynov, R.Quliyev və R.Ömərov müəyyən olunaraq saxlanılıblar
Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 5-də Bakı şəhər sakini S.Aslanovu döyüb mobil telefonunu qc. Araşdırma aparılır.
Bank hesabından 420 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini İ.Nəzərov müəyyən olunaraq saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 3-də Bakı şəhər sakini M.Həmidovanın bank hesabından 420 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini İ.Nəzərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.