Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli bilinən Şəki rayon sakini E.Qocayev saxlanılıb
15.01.2023
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1045 manat pul və 412 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən rayon sakini E.Qocayev saxlanılıb. Araşdırma aparılır.
Xaçmaz şəhər sakini E.Talıbovdan narkotik vasitələr aşkar edilərək götürülüb
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini E.Talıbovdan 3 qramdan artıq, evinin həyətinə baxış zamanı isə 665 qram marixuana və kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Hacıqabul şəhər sakini B.Haqverdiyevdən 46 qrama yaxın, evinə baxış zamanı isə 2 kiloqram 375 qram heroin aşkar olunaraq götürülüb
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş B.Haqverdiyevdən 46 qrama yaxın, evinə baxış zamanı isə 2 kiloqram 375 qram heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Gəncə şəhər sakini O.Zərbiyanidən 1 kiloqram 62 qram heroin və 2 kiloqram 121 qram marixuana aşkar olunaraq götürülüb
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Gəncə şəhər sakini O.Zərbiyanidən 1 kiloqram 62 qram heroin və 2 kiloqram 121 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Binəqədi rayonunun Mehdiabad qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 15-də saat 17 radələrində Binəqədi rayonunun Mehdiabad qəsəbəsi ərazisində İmişli rayon sakini R.Abbasovun idarə etdiyi “Toyota” və Şirvan şəhər sakini X.Allahverdiyevanın idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “Toyota” markalı avtomobildə olan sərnişin X.Hüseynova hadisə yerində ölüb, hər iki sürücü xəstəxanaya yerləşdirilib.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 74 cinayətin açılması təmin olunub
14.01.2023
Yanvarın 14-də ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Tovuz rayonunun Əyyublu və Aşağı Quşçu kəndlərindəki mağazalardan tütün məmulatı və ödəmə terminallarından pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Q.Babayev saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tovuz rayonunun Əyyublu kəndindəki bir mağazadan 200 manat dəyərində tütün məmulatı və orada quraşdırılan ödəmə terminalından 1229 manat pul, Aşağı Quşçu kəndində isə digər mağazada quraşdırılan ödəmə terminalından 17.563 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Q.Babayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini K.Kərimov müəyyən olunaraq saxlanılıb
Səbail rayonu ərazisində “Gac” markalı avtomobildən içərisində 900 manat olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini K.Kərimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluq əməlində şübhəli bilinən Lənkəran rayon sakini Ramin Əhmədov, paytaxt sakinləri N.Qədimalıyev, E.Dadaşov və qardaşı X.Dadaşov müəyyən olunaraq saxlanılıblar
Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə yanvarın 13-nə keçən gecə Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən sexlərin birindən 5 ədəd noutbukun qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Lənkəran rayon sakini Ramin Əhmədov, paytaxt sakinləri N.Qədimalıyev, E.Dadaşov və qardaşı X.Dadaşov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Soyğunçuluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini Z.Kazımov müəyyən olunaraq saxlanılıb
Sumqayıt şəhəri 45-ci məhəllədə şəhər sakini A.Hüseynovun 183 manatının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər də soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Z.Kazımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.