Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz ov edənlər saxlanılıb
13.12.2022
Saylan Rayon Polis Şöbəsinin əməkdaşları dekabrın 13-də Qaraçala kəndi ərazisində qanunsuz ov edən 3 nəfəri saxlayıb. Onların Şirvan şəhər sakinləri M.Rzayev, T.Eyvazov və Y.Məmmədov olmaları məlum olub. M.Rzayevdən müvafiq sənədləri olan “ATA ARMS” markalı, T.Eyvazovdan isə qanunsuz saxladığı “İJ” markalı ov tüfəngləri götürülüb. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları isə həmin gün “Ceyrançöl” adlanan ərazidə qanunsuz ov edən Keçili kənd sakini Ş.Abbasov və Cəlilabad rayon sakini H.Abbasovu saxlayıb. Onlardan müvafiq sənədləri olan 2 ədəd “TOZ” markalı ov tüfəngi və 35 ədəd patron götürülüb.
Oğurluq etdiyinə görə tutulan Bakı şəhər sakini N.Əliyevin müxtəlif vaxtlarda daha 5 nəfərin mobil telefonlarını oğurlaması da araşdırmalarla müəyyən olunub
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq etdiyinə görə tutulan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əliyevin müxtəlif vaxtlarda daha 5 nəfərin mobil telefonlarını oğurlaması da araşdırmalarla müəyyən olunub.
Oğurluqda şübhəli bilinən İmişli rayon sakini S.İsmayılzadə saxlanılıb
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini N.Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini S.İsmayılzadə saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini E.Nağıyevin üzlüyündə 50 manat və 200 ABŞ dolları olan mobil telefonunu oğurlaması da müəyyən olunub.
Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini E.Əşrəfov müəyyən olunaraq saxlanılıb
Binəqədi qəsəbəsindəki həyətlərin birinin saxlanc yerindən 4500 manat dəyərində məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Əşrəfov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev müəyyən olunaraq saxlanılıb
Binəqədi rayonunun Sulutəpə qəsəbəsində mağazaların birində qəsəbə sakini olan qadının içərisində 1196 manatı və sənədləri olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gədəbəy rayon sakini V.Məmmədov saxlanılıb
Dekabrın 13-də saat 20 radələrində Gədəbəy şəhəri ərazisindən şəhər sakini M.Rzayevə məxsus “VAZ-21154” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini V.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Xızı rayonunun Məşədihəsən kəndində yol-nəqliyyat hadisəsi
Dekabrın 13-də saat 8 radələrində Xızı rayonunun Məşədihəsən kəndində Ə.Əbdülovun idarə etdiyi “Dacia Logan” markalı minik və M.Ələsgərovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobilləri toqquşub. Nəticədə Ə.Əbdülov və sərnişinlərindən E.Rüstəmov hadisə yerində ölüb, xəsarət alan digər sərnişini isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Masallı rayonunun Banbaşı kəndində yol-nəqliyyat hadisəsi
Dekabrın 13-də saat 18 radələrində Masallı rayonunun Banbaşı kəndində Y.Cəlilovun idarə etdiyi “VAZ-21011” və Q.Məmmədlinin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə Y.Cəlilov hadisə yerində ölüb, 4 sərnişini isə xəstəxanaya yerləşdirilib.Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ağsu rayonunun Qaraqaşlı kəndində yol-nəqliyyat hadisəsi
Dekabrın 13-də saat 21 radələrində Ağsu rayonunun Qaraqaşlı kəndində İ.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini N.Bəkirovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.
Neftçala rayonunun 2-ci Qaralı kəndində yol-nəqliyyat hadisəsi
Dekabrın 13-də saat 22 radələrində Neftçala rayonunun 2-ci Qaralı kəndində Z.Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən İ.Əsgərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.