Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində “Opel” və “KİA” markalı avtomobillər toqquşub
17.01.2023
Yanvarın 17-də saat 20 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Şərifovun idarə etdiyi “Opel” və F.Orucovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub. Nəticədə “KİA” markalı avtomobildə olan sərnişin - paytaxt sakini M.Qarayev hadisə yerində ölüb, sürücü və digər sərnişini isə xəstəxanaya yerləşdirilib.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Pirallahıda narkotiklərin satışını həyata keçirən narkotacirdən 8 kiloqram heroin, marixuana və 220 ədəd prixotrop tərkibli həb aşkar edilib
Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat həyata keçirilib. Tədbir nəticəsində əvvəllər də eyni qanunsuz əməllər etdiyi üçün məhkum olunmuş Salman Usmanov tutularaq istintaqa təqdim edilib. Onun əlindəki bağlamadan 5 kiloqram marixuana, 3 kiloqram heroin, həmçinin psixotrop tərkibli 160 ədəd fenozepen və 60 ədəd tramadol həbi aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə tanımadığı xarici ölkə vətəndaşından onlayn yolla Pirallahı rayonu və paytaxtın digər ərazilərində satmaq məqsədi ilə əldə etdiyini bildirib. Faktla bağlı toplanan materiallar Pirallahı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Salman Usmanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Pirallahı rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
16.01.2023
Yanvarın 16-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 35 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının yanvarın 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 12,2 kiloqrama yaxın heroin, 17,6 kiloqrama yaxın marixuana, 5,2 kiloqram həşiş qətranı, 21 qram tiryək, həmçinin 1,5 kiloqrama yaxın metamfetamin və 450 ədəd yüksək təsiredici xassəyə malik psixotrop maddə olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 16-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 7 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Gəncə şəhər sakini O.Zərbiyanidən heroin və marixuana aşkar olunaraq götürülüb
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Gəncə şəhər sakini O.Zərbiyanidən 1 kiloqramdan artıq heroin və 1 kiloqram 975 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Sabunçu rayonunun Maştağa qəsəbəsindəki marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən marketlərin birində seyfdən 80 manat, inzibatçının çantasından isə 750 manatın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Saatlı rayon sakini İ.Alməmmədov və İmişli rayon sakini M.Mirbabayev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində Suvarma Sistemləri İdarəsinin avadanlığını oğurlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb
Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində Suvarma Sistemləri İdarəsinin hidrotexniki qurğularından 6 ədəd beton halqanın, Şorabad kəndi ərazisində isə suburaxıcı qurğunun reduktorla birgə oğurlanması barədə polisə məlumat daxil olub. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən qəsəbə sakinləri Ə.Hüseynov və N.Qasımov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Gəncə dəmir yolu vağzalı ərazisindən 7 ədəd kanalizasiya qapağını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini G.Ağasiyev saxlanılıb
Gəncə dəmir yolu vağzalı ərazisindən 7 ədəd kanalizasiya qapağının oğurlanması barədə polisə məlumat daxil olub. NBPİ DYNPİ-nin Gəncə Xətt Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş G.Ağasiyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xətai rayonu ərazisindən “Renault” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əhmədov saxlanılıb
Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də rayon ərazisindən Bakı şəhər sakini V.Kərimova məxsus “Renault” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əhmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.