Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şirvan şəhərinin Çılpaqlı qəsəbəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb, digərinin isə şəxsiyyəti müəyyən olunub
15.12.2022
Şirvan şəhərinin Çılpaqlı qəsəbəsində 2 nəfərin qəsəbə sakini R.Babayevin 150 manatını quldurluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən şəhər sakini V.Yaqubov saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.Faktla bağlı cinayət işi başlanılıb.
Səbail rayonu ərazisində bir nəfərin cüzdanını, digərinin isə mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Səbail rayonu ərazisində bir nəfərin içərisində pulu və sənədi olan cüzdanının, digərinin isə mobil telefonunun qeyri-aşkar şəraitdə oğurlanmaları barədə polisə məlumatlar daxil olub. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Bakı şəhər sakinləri Ş.Rəcəbov və N.Muradov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Sabunçu rayonu ərazisindəki yanacaqdoldurma məntəqələrindən birinin kassasından pul oğurlamaqda şübhəli bilinən Z.Cəfərov saxlanılıb
Sabunçu rayonu ərazisindəki yanacaqdoldurma məntəqələrindən birinin kassasından 1632 manatın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmin məntəqənin operatoru Z.Cəfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Mehdiabad qəsəbə sakini F.Əhmədov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində bir avtomobildən 150 manat pul, 2000 manat dəyərində üzük, maqnitofon, səsgücləndirici, sənəd, qəbiristanlıqdan təmir-tikinti alətləri, metal qapı, 2 evdən pul, samovar, kombi və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Mehdiabad qəsəbə sakini F.Əhmədov saxlanılıb. Araşdırma aparılır.
İki nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini S.İsmayılzadə saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda iki nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş S.İsmayılzadə saxlanılıb. Araşdırma aparılır.
Goranboy rayonu ərazisindəki evlərin birinin həyətindən 1000 manat dəyərində mis qazan oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birinin həyətindən 1000 manat dəyərində mis qazan oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - rayon sakini E.Əsədov və Gəncə şəhər sakini S.Məmmədov saxlanılıblar. Araşdırma aparılır.
Səbail rayonu Salyan yolu küçəsində “VAZ-2107” markalı avtomobil qarşıda gedən “Volvo” markalı yük avtomobilinə çırpılıb
Dekabrın 15-də saat 5 radələrində Səbail rayonu Salyan yolu küçəsində V.Behbudov idarə etdiyi “VAZ-2107” markalı avtomobili qarşıda gedən “Volvo” markalı yük avtomobilinə vurub. Nəticədə “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinlərindən S.Osmanlı hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib. Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində yerləşən bazarda “QAZ-24” markalı avtomobillə 5 nəfər vurulub
Dekabrın 15-də saat 6 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində yerləşən bazarda A.Hacımahmudov idarə etdiyi “QAZ-24” markalı avtomobillə rayon sakini olan 5 nəfəri vurub. Nəticədə onlar xəsarətlə xəstəxanaya yerləşdirilib, H.Əliyev orada ölüb. Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Siyəzən rayonunun Beşdam kəndi ərazisində “DAF” və “Mercedes Viano” markalı avtomobillər toqquşub
Dekabrın 15-də saat 10 radələrində Siyəzən rayonunun Beşdam kəndi ərazisində E.Atayevin idarə etdiyi “DAF” markalı yük və N.Qubadbəylinin idarə etdiyi “Mercedes Viano” markalı avtomobillər toqquşub. Nəticədə “Mercedes Viano” markalı avtomobilin sürücüsü və 5 sərnişini – K.Məmmədov, E.Əhmədov, A.Balakişiyev, V.Musayev və E.Quliyev hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
14.12.2022
Dekabrın 14-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.