Sumqayıt şəhəri 26-cı məhəllənin ərazisində “Akia” markalı xətt avtobusu ilə şəhər sakini R.Mirseyibov vurulmuşdur
02.06.2019İyunun 2-də saat 10 radələrində Sumqayıt şəhəri 26-cı məhəllənin ərazisində şəhər sakini S.Cəbrayılov idarə etdiyi “Akia” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Ramil Mirseyibovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.