Lənkəran rayonunun Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
02.06.2019İyunun 2-də saat 17 radələrində Lənkəran rayonunun Liman şəhəri ərazisində şəhər sakini İ.Şuşaxanovun idarə etdiyi “Mercedes” və Cəlilabad rayon sakini İ.Rzayevin idarə etdiyi “Renault” markalı avtomobillər toqquşmuşdur. Nəticədə İ.Şuşaxanovun həmyerlisi olan sərnişini Vüqar Rzayev hadisə yerində ölmüş, özü xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.