Abşeron rayonunun Masazır kəndi ərazisində yol-nəqliyyat hadisəsi
02.06.2019İyunun 2-də saat 13 radələrində Abşeron rayonunun Masazır kəndi ərazisində kənd sakini R.Mustafayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Elnarə Məmmədovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Abşeron RPİ tərəfindən araşdırma parılır.