Bakı şəhər sakini X.Aslanlıya qarşı soyğunçuluq etməkdə şübhəli bilinən E.Quliyev saxlanılmışdır
02.06.2019Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-də Bakı şəhər sakini X.Aslanlıya zor tətbiq edərək ondan 2 ədəd mobil telefonu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Quliyev saxlanılmışdır.