Sumqayıt şəhəri ərazisində avtomobildən 1200 manat və 2650 ABŞ dolları oğurlamaqda şübhəli bilinən C.Abbasov saxlanılmışdır
02.06.2019Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən yanvarın 16-da şəhər ərazisində “Toyota” markalı avtomobildən 1200 manat və 2650 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş C.Abbasov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun daha 2 avtomobildən ümumilikdə 4300 manat oğurlaması da müəyyən edilmişdir.