Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonunun M.Cəfərov küçəsində idarə etdiyi avtomobillə YNH törədərək hadisə yerini tərk etmiş N.Əsgərov saxlanılmışdır

02.06.2019

Cari il mayın 31-də Nəsimi rayonunun M.Cəfərov küçəsində naməlum şəxs idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarında dayanmış 3 avtomaşına vurmuş və sonra bu nəqliyyat vasitəsindən düşərək hadisə yerini tərk etmişdir.

Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən avtomobilə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əsgərov müəyyən edilərək saxlanılmışdır.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.

02.06.2019 tarixinə olan kriminal məlumatlar