Sumqayıt şəhər sakini olan bir qadının çantasından pul, mobil telefon və bank kartı oğurlamaqda şübhəli bilinən A.Cavadov saxlanılmışdır
02.06.2019Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 28-də şəhər sakini olan bir qadının çantasından 70 manat, mobil telefon və bank kartı oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş A.Cavadov saxlanılmışdır.