Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun Abşeron rayonu ərazisində bir sıra digər oğurluq hadisələrini törətməsi də müəyyən edilmişdir
02.06.2019Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 7 mağazadan, 1 evdən, 1 aptekdən, habelə “Chevrolet” markalı avtomobildən pul, ərzaq məhsulları və tütün məmulatı oğurlaması, eləcədə “VAZ-2107” markalı avtomobili qaçırması da müəyyən edilmişdir.