Xəzər rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
02.06.2019Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən iyunun 1-də rayon ərazisindəki mağazaların birindən pul və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Z.Əliyev və S.Əliyev saxlanılmışlar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların aprelin 6-dan mayın 30-dək oln müddətdə 6 evdən geyim və məişət əşyaları, habelə “VAZ-2107” markalı avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilmişdir.