Astara rayonunun Təxtənəkəran kəndi ərazisində yol-nəqliyyat hadisəsi
02.06.2019İyunun 2-də saat 7 radələrində Astara rayonunun Təxtənəkəran kəndi ərazisində Lerik rayon sakini N.Şahmuradov idarə etdiyi “VAZ-2121” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü və sərnişinləri Əbülfət Səfərov, arvadı Səringül, qızları Aytəkin və Aytac xəstəxanaya yerləşdirilmiş, Aytəkin orada ölmüşdür.
Astara RPŞ tərəfindən araşdırma aparılır.