Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.10.2025 - Biləsuvar rayon sakini Pünhan Abbasov
Biləsuvar rayon sakini Pünhan Abbasov müraciətlə bağlı rayon polis şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilərək dinlənilməsinə və üzləşdiyi problemlə əlaqədar ona lazımi köməyin göstərilməsinə görə təşəkkürünü bildirir.
13.10.2025 - Astara rayon sakini Təbriz Baxşiyev
Astara rayon sakini Təbriz Baxşiyev öz məktubunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizəyə və keçirilən uğurlu əməliyyat tədbirlərinə, peşəkarlığa, xidməti vəzifələrinin və peşə fəaliyyətinin öhdəsindən layiqincə gəldiklərinə görə rayon polis şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
13.10.2025 - Cəlilabad rayon sakini Emil Heydərov
Cəlilabad rayon sakini Emil Heydərov müraciət ilə əlaqədar rayon polis şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilərək dinlənilməsinə və vətəndaş məmnunluğunun təmin olunmasına görə öz təşəkkürünü bildirir.
13.10.2025 - Lənkəran şəhər sakini Gülnar Rzayeva
Lənkəran şəhər sakini Gülnar Rzayeva müraciətlərin diqqətlə və həssaslıqla araşdırılmasına, düzgün və obyektiv qərar qəbul edilməsinə və humanistliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
11.10.2025 - Neftçala rayon sakini Kamil Ağayev
Neftçala rayon sakini Kamil Ağayev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
11.10.2025 - Şirvan şəhər sakini Rahil Məlikov
Şirvan şəhər sakini Rahil Məlikov DİN-ə ünvanladığı təşəkkür məktubunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardıqları mübarizəyə, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
10.10.2025 - Vətəndaş Şövqi Qədirov
Vətəndaş Şövqi Qədirov DİN-in “Instagram” səhifəsinə mesajında polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
10.10.2025 - Vətəndaş Hikmət Əhmədov
Vətəndaş Hikmət Əhmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.10.2025 - Vətəndaş Elvin İsmayılov
Vətəndaş Elvin İsmayılov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.