Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.10.2025 - Vətəndaş Azad Rəhimov
Vətəndaş Azad Rəhimov “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə etdiyi müraciətin obyektiv araşdırıldığını və müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.
13.10.2025 - Vətəndaş Pərviz Muradov
Vətəndaş Pərviz Muradov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Naxçıvan Şəhər Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və müvafiq tədbirlərin həyata keçirildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, müraciətinin müsbət həll olunmasında göstərilmiş köməkliyə görə Naxçıvan ŞPİ-nin əməkdaşlarına təşəkkür edir.
13.10.2025 - Vətəndaş Rövşən Qasımov
Vətəndaş Rövşən Qasımov “Facebook” sosial şəbəkəsindəki səhifəsində Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
13.10.2025 - Vətəndaş Umcahan Əsgərova
Vətəndaş Umcahan Əsgərova məktubunda valideyninin Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, Sumqayıt Şəhər Polis İdarəsində aparılan obyektiv araşdırma nəticəsində valideyninin müraciətinin müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə və Sumqayıt ŞPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
13.10.2025 - Vətəndaş Altun Qəmbərli
Vətəndaş Altun Qəmbərli DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında yaşadığı ərazidə pulqabısının itməsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını və müvafiq tədbirlərlə pulqabısının tapılaraq ona təhvil verildiyini bildirir. O, operativliyə və həyata keçirilmiş tədbirlərə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.
13.10.2025 - Vətəndaş Elza Bahar Novruzi
Vətəndaş Elza Bahar Novruzi DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında mobil telefonunun itməsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını və müvafiq tədbirlərlə müsbət həll olunduğunu bildirir. O, operativliyə və həyata keçirilmiş tədbirlərə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.
13.10.2025 - Neftçala rayon sakini Mətanət Əhmədova və qızı Fəridə Əhmədova
Neftçala rayon sakini Mətanət Əhmədova və qızı Fəridə Əhmədova xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
13.10.2025 - Astara rayon sakini Elvin Nəsirov
Astara rayon sakini Elvin Nəsirov öz məktubunda çətinliklə üzləşən vətəndaşlara operativ qaydada göstərilən köməyə, humanistliyə, cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə rayon polis şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
13.10.2025 - Lənkəran rayon sakini Diyaşar Sadıqov
Lənkəran rayon sakini Diyaşar Sadıqov öz məktubunda xidməti vəzifələrini layiqincə və peşəkarlıqla yerinə yetirdiklərinə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.