Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.10.2025 - Sosial şəbəkə istifadəçisi Həcər Kösəyeva
Sosial şəbəkə istifadəçisi Həcər Kösəyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında itən əşyasının tez bir zamanda tapılaraq ona təhvil verdikləri üçün Nərimoanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.10.2025 - Sosial şəbəkə istifadəçiləri Novruz Əliyev, Cəlal Cəfərov, Rəna Səlimova
Sosial şəbəkə istifadəçiləri Novruz Əliyev, Cəlal Cəfərov, Rəna Səlimova DİN-in “Instagram” səhifəsinə yazdıqları mesajlarında baş vermiş yol-nəqliyyat hadisələri ilə əlaqədar müraciətilərinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.10.2025 - Sosial şəbəkə istifadəçisi Anar Vəliyev
Sosial şəbəkə istifadəçisi Anar Vəliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə baxılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
15.10.2025 - Sosial şəbəkə istifadəçisi Zahid Məmmədov
Sosial şəbəkə istifadəçisi Zahid Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar müraciətininə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.10.2025 - Vətəndaş Günel Məmmədrəhimova
Vətəndaş Günel Məmmədrəhimova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar polisə müracət etdiyini bildirir. Operativ araşdırmalar nəticəsində ona dəyən maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə isə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
15.10.2025 - Vətən müharibəsi iştirakçısı Ehtiram Qurbanlı
Vətən müharibəsi iştirakçısı Ehtiram Qurbanlı DİN-ə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq onun müsbət həll edilməsində göstərilən köməkliyə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
15.10.2025 - Vətəndaş Amira Novruzlu
Vətəndaş Amira Novruzlu DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında müraciətinə baxılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.10.2025 - Sosial şəbəkə istifadəçisi İlkin Novruzov
Sosial şəbəkə istifadəçisi İlkin Novruzov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar müraciətininə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.10.2025 - Gəncə şəhər sakini Kamal Əmirov
Gəncə şəhər sakini Kamal Əmirov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.