Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.10.2025 - Vətəndaş Natiq İsmayılov
Vətəndaş Natiq İsmayılov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa müddətdə məsələnin araşdırıldığını yazır. O, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.10.2025 - Vətəndaş Mikayıl Ağayev
Vətəndaş Mikayıl Ağayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.10.2025 - Vətəndaş Emin Verdiyev
Vətəndaş Emin Verdiyev DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
16.10.2025 - Vətəndaş Vüsalə Əmirova
Vətəndaş Vüsalə Əmirova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Ağsu Rayon Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Ağsu Rayon Polis Şöbəsinə təşəkkürünü bildirir.
16.10.2025 - Bakı şəhər sakini Elçin Əliyev
Bakı şəhər sakini Elçin Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
16.10.2025 - Bakı şəhər sakini Allahverdi Allahverdiyev
Bakı şəhər sakini Allahverdi Allahverdiyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə xidməti vəzifələrini layiqincə yerinə yetirən Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.10.2025 - Vətəndaş Sevinc Camalxanova
Vətəndaş Sevinc Camalxanova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.10.2025 - Şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə
Şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Xətai RPİ-nin 35-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.10.2025 - Xaçmaz rayon sakini Ceyhun Əsgərov
Xaçmaz rayon sakini Ceyhun Əsgərov etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Daxili Təhqiqatlar İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir