Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Adil Mirzəli xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Pirallahı Rayon Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Asəf Binyətov ünvanladığı mesajında pulunun itməsi ilə bağlı etdiyi müraciətə obyektiv baxıldığını bildirir və pulunun qısa müddətdə tapılaraq ona təhvil verilməsində göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəhbərliyinə minnətdarlıq edir.

Saatlı rayon sakini Taleh Ağayev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Saatlı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir. 

Vətəndaş Nigar Həşimzadə DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş İsmayıl Hüseynov DİN-in “Instagram” səhifəsinə mesajında humanistliyə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.  

Vətəndaş Etibar Hadıyev DİN-in “Instagram” səhifəsinə mesajında polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Naxçıvan şəhər sakini Məhəmməd Tarverdiyev DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Şahbuz şəhər sakini Gülyanaq Bayramova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN  və Naxçıvan MR DİN təşəkkürünü bildirir.

Bakı şəhər sakini Günel Adıgözəlova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxıldığını, Nizami Rayon Polis İdarəsi və 25-ci Polis Şöbəsi tərəfindən qısa müddətdə araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müraciətinin müsbət həll olunduğunu qeyd edir. 
G.Adıgözəlova müraciətinə həssas yanaşılmasına və həyata keçirilən operativ tədbirlərə görə DİN-in rəhbərliyinə və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.