Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Kəmalə Fərruxzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasına görə Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Dürdanə Xəlilova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan obyektiv araşdırmalara, həmçinin göstərilən diqqətli yanaşmaya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Süleyman Məmmədov məktubunda müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasına görə Azərbaycan polisinə minnətdarlığını bildirir.

Vətəndaş Səyavuş Kərəmov məktubunda müraciəti üzrə göstərilən köməkliyə və ona hüquqi izahın verilməsinə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Cəvahir Həmidova məktubunda müraciəti üzrə göstərilən köməkliyə və ona hüquqi izahın verilməsinə görə polis əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini İlkin Quliyev məktubunda müraciətinə operativ baxılmasına və ona dəymiş maddi zərərin ödətdirilməsinin təmin olunmasına görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Zakir Gülalıyev, Gülşən Əliyeva, Şahin Səfiquliyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajlarında üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırmaya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Aqşin Süleymanlı DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında səhhəti pisləşən vətəndaşa polis əməkdaşları tərəfindən dərhal köməklik göstərilməsini qeyd edərək Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Rəna Nağıyeva Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.