Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.10.2025 - Vətəndaş Nigar Nəsirova
Vətəndaş Nigar Nəsirova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “09.10.2025-ci il tarixində günorta saatlarında telefonumu taksidə unutmuşdum. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları telefonumu taparaq mənə təhvil verdilər. Bununla bağlı təşəkkürümü bildirirəm”.
17.10.2025 - Vətəndaş Nuru Əhmədov
Vətəndaş Nuru Əhmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə mobil telefonumun oğurlanması ilə bağlı müraciət etmişdim. Polis əməkdaşlarının qətiyyəti və operativ fəaliyyəti nəticəsində telefonum tapılaraq mənə qaytarıldı. Bu səbəbdən DİN-in rəhbərliyinə, Nərimanov Rayon Polis İdarəsinin, xüsusilə də 17-ci Polis Şöbəsinin bütün əməkdaşlarına dərin və səmimi təşəkkürümü bildirirəm. Var olsun, xalqımızın ümid yeri olan Azərbaycan polisi!”.
17.10.2025 - Mingəçevir şəhər sakini Aynur Həsənova
Mingəçevir şəhər sakini Aynur Həsənova müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.10.2025 - Göyçay rayon sakini Gülbəniz Qasımova
Göyçay rayon sakini Gülbəniz Qasımova müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
17.10.2025 - Oğuz rayon sakini İldırım Verdiyev
Oğuz rayon sakini İldırım Verdiyev müraciətinin müsbət həll olunmasına görə, Oğuz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.10.2025 - Bakı şəhər sakini Samir Abdullayev
Bakı şəhər sakini Samir Abdullayev müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
17.10.2025 - Qəbələ rayon sakini Maarif Musayev
Qəbələ rayon sakini Maarif Musayev müraciətinə operativ reaksiya verildiyinə görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
17.10.2025 - Ağsu rayon sakini Zaur Məmmədov
Ağsu rayon sakini Zaur Məmmədov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.10.2025 - Şəki rayon sakini Tehran Əliyev
Şəki rayon sakini Tehran Əliyev müraciətinə operativ reaksiya verildiyinə görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.