Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Afaq Sadıxova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.

Gəncə şəhər sakinləri Rəşad Xəlilov, İlham Babayev və Murad Dostuyev  məktublarında avtomobillərini texniki baxışdan keçirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə şəhərində yerləşən Müayinə mərkəzinə getdiklərini yazırlar. Onlar, Müayinə mərkəzində əməkdaşların xoş rəftar və nəzakətli davranışlarını, onlara göstərdikləri diqqət və qayğını qeyd edərək DİN rəhbərliyinə və BDYPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayırlar.

Bakı şəhər sakini Semral Əliyev məktubunda xidməti vəzifəsini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir.

Vətəndaş Qəmzə Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, övladının üzləşdiyi problemlə bağlı müraciətinin müsbət həll olunmasına görə Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Vətəndaş Gülnar Osmanova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Zaur Əhmədov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Yasamal rayon sakini Xəyal Salmanov məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə və müraciətinin müsbət həll olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Əcnəbi vətəndaş Effie DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilməsinə və həyata keçirilən tədbirlərlə qısa müddətdə müraciətinin müsbət həll olunmasına, həmçinin göstərdikləri xoş rəftar və nəzakətli davranışlara görə Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Nəsimi rayon sakini Südabə Mehdizadə məktubunda nəvəsinin üzləşdiyi problemlə bağlı müraciətinə göstərilən operativliyə və obyektivliyə, həmçinin xoş rəftar və nəzakətli davranışlara görə Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.