Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
21.10.2025 - Vətəndaş Bəhruz Şükürlü
Vətəndaş Bəhruz Şükürlü DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Paytaxtın Nərimanov rayonu ərazisində avtomobilim qəzaya uğramışdı. Bununla bağlı “102” Xidməti-Zəng Mərkəzinə zəng etdim. Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları hadisəni qeydə aldı. Sənədləşdirmədən razı qaldım. Nərimanov RPİ-nin DYPŞ-yə təşəkkürümü bildirirəm”.
21.10.2025 - Vətəndaş Şahin Nəsibov
Vətəndaş Şahin Nəsibov DİN-ə ünvanladığı məktubda itən əşyasının tez bir zamanda tapılaraq ona təhvil verdikləri üçün Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.10.2025 - Sosial şəbəkə istifadəçiləri Nicat Niftəliyev və Namiq Paşayev
Sosial şəbəkə istifadəçiləri Nicat Niftəliyev və Namiq Paşayev DİN-in “Instagram” səhifəsinə yazdıqları mesajlarında baş vermiş yol-nəqliyyat hadisələri ilə əlaqədar müraciətilərinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.10.2025 - Sosial şəbəkə istifadəçisi İslam Bağırov
Sosial şəbəkə istifadəçisi İslam Bağırov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə baxılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
21.10.2025 - Sosial şəbəkə istifadəçisi Məlahət Qocayeva
Sosial şəbəkə istifadəçisi Məlahət Qocayeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar müraciətininə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.10.2025 - Sumqayıt şəhər sakini Cavid Şıxəliyev
Sumqayıt şəhər sakini Cavid Şıxəliyev məktubunda daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
21.10.2025 - Əcnəbi vətəndaş Abdulrazzaq Pərviz Fazir
Əcnəbi vətəndaş Abdulrazzaq Pərviz Fazir DİN-ə ünvanladığı müraciətində üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini və qısa zamanda tədbirlər görülərək müsbət həll olunmasına görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.10.2025 - Vətəndaş Aygün Niftullayeva
Vətəndaş Aygün Niftullayeva DİN-ə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq onun müsbət həll edilməsində göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin və Suraxanı RPİ 30-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.10.2025 - Vətəndaş Nurlan Rəhimli
Vətəndaş Nurlan Rəhimli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. Üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.