Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
21.10.2025 - Vətəndaş Şamil Əhmədov
Vətəndaş Şamil Əhmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.10.2025 - Sosial şəbəkə istifadəçisi Furkan Koç
Sosial şəbəkə istifadəçisi Furkan Koç DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müraciətinin müsbət həll olunmasına görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.10.2025 - Vətəndaş Arzu Rzayeva
Vətəndaş Arzu Rzayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciətinə çevik reaksiya verilməsinə və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.10.2025 - Vətəndaş Rəhman Fərzəliyev
Vətəndaş Rəhman Fərzəliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə göstərilən köməkliyə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.
21.10.2025 - Vətəndaş Hüseyn Əhmədli
Vətəndaş Hüseyn Əhmədli üzləşdiyi dələduzluqla bağlı müraciətinə göstərdikləri operativliyə və obyektivliyə görə Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.10.2025 - Azərbaycan Triatlon Federasiyasından
Azərbaycan Triatlon Federasiyasından DİN-in “Instagram” səhifəsinə daxil olmuş təşəkkür məktubunda Triatlon üzrə Ölkə Çempionatında ictimai asayişin və təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyi başda olmaqla Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür bildirilir.
21.10.2025 - Bakı şəhər sakini Abbas Əhədov
Bakı şəhər sakini Abbas Əhədov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Facebook” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına və obyektiv araşdırmalara başlanıldığına görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.
21.10.2025 - Bakı şəhər sakini Gülüstan Əliyeva
Bakı şəhər sakini Gülüstan Əliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda bank hesabından kibercinayətkarlıqla pul vəsaitinin oğurlanması barədə müraciətinin obyektiv araşdırılmasına və tam təmin edilərək pul vəsaitinin özünə qaytarılmasına görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.
21.10.2025 - Vətəndaş Xəyyam Qaragözov
Vətəndaş Xəyyam Qaragözov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Ərizə ilə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə dərhal reaksiya verilib, mənə köməklik olundu. Buna görə DİN-in və Xətai RPİ-nin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Yaşasın, Azərbaycan polisi!”.