Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Umud Abdullayev müraciəti ilə bağlı ona göstərilən köməkliyə görə Binəqədi RPİ-nin 5-ci PŞ-nin kollektivinə minnətdarlığını bildirir.

Abşeron rayon sakini Sevda Ələskərova ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Salman Səfərov müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə Xətai Rayon Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Mircavid Seyidzadə müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Naxçıvan ŞPİ-nin rəhbərliyinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Maarif Şuqverov əmək haqqının verilməməsi ilə bağlı müraciətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə BBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şahbuz rayon sakini Hüseyn Ocaxquliyev üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Şahbuz RPŞ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

Şahbuz rayon sakini Mədət Bağırov müraciətinə operativ baxıldığına və qısa müddətdə müsbət həll edildiyinə görə Şahbuz RPŞ-nin kollektivinə minnətdarlıq edir.

Xaçmaz rayon sakini  Orxan Qasımov etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir 

Quba rayon sakini Xeyrulla Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.