Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
24.10.2025 - Vətəndaş Samirə Talıbova
Vətəndaş Samirə Talıbova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə etdiyim müraciətimə vaxtında baxıldığına və mənə hüquqi yardım göstərildiyinə görə Azərbaycan polisinə təşəkkür edirəm”.
24.10.2025 - Bakı şəhər sakini Tamilla Ramazanova
Bakı şəhər sakini Tamilla Ramazanova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Müraciətimdən sonra dərhal köməklik göstərildi. Bu operativliyinizə görə minnətdarlığımızı bildiririk. Vətəndaşlara bu cür diqqətlə yanaşdığınız üçün çox sağ olun. Yaxşı ki, polislərimiz var. Çox minnətdaram! Allah sizləri qorusun!”.
24.10.2025 - Vətəndaş Əşrəf Quliyev
Vətəndaş Əşrəf Quliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “24.09.2025-ci il tarixində döyülmə faktı ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə dərhal baxıldı, hadisədə iştirak edən şəxs tapıldı və qanunauyğun tədbir görüldü. Göstərdikləri operativlik və ədalətli münasibətə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə, eləcə də Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına səmimi təşəkkürümü bildirirəm”.
24.10.2025 - Vətəndaş Elyaz Gülüyev
Vətəndaş Elyaz Gülüyev DİN-in “Facebook” səhifəsinə ünvanladığı təşəkkür mesajında pozulmuş hüquqlarının bərpası ilə bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçirildiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə DİN-in rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
23.10.2025 - Şahbuz rayon sakini Həbib Əliyev
Şahbuz rayon sakini Həbib Əliyev müraciətinə operativ baxıldığına və probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.10.2025 - Babək rayon sakini Qaməddin Əliyev
Babək rayon sakini Qaməddin Əliyev ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.
23.10.2025 - Şahbuz rayon sakini Məhəmməd Cəfərov
Şahbuz rayon sakini Məhəmməd Cəfərov üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Şahbuz RPŞ-nin kollektivinə təşəkkür edir.
23.10.2025 - Sosial şəbəkə istifadəçisi Vüsal Abdullayev
Sosial şəbəkə istifadəçisi Vüsal Abdullayev tanışına məxsus olan mobil telefonun qısa zamanda tapılaraq geri qaytarılmasında göstərdikləri köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
23.10.2025 - Sosial şəbəkə istifadəçisi Sənan Əsgərov
Sosial şəbəkə istifadəçisi Sənan Əsgərov müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Naxçıvan MR DİN-nin rəhbərliyinə təşəkkürünü bildirir.