Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.10.2025 - Xaçmaz rayon sakini Qurban Sadıxov
Xaçmaz rayon sakini Qurban Sadıxov daxili işlər naziri tərəfindən Xaçmaz Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya, eləcə də müraciətinin müsbət həllinə görə DİN rəhbərliyinə, Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
23.10.2025 - Vətəndaş Reyhan Sərxani
Vətəndaş Reyhan Sərxani üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
23.10.2025 - Bakı şəhər sakini Zaur Əhmədov
Bakı şəhər sakini Zaur Əhmədov üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu və aidiyyəti üzrə yönləndirildiyini qeyd edərək DİN rəhbərliyinə və Nizami RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
23.10.2025 - Vətəndaş Azər Umudsoy Mirzəyeva
Vətəndaş Azər Umudsoy Mirzəyeva müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
23.10.2025 - Şahbuz rayon sakini Əsgər Məmmədov
Şahbuz rayon sakini Əsgər Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Şahbuz RPŞ-yə müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və göstərilən köməkliyə görə minnətdarlığını bildirir.
23.10.2025 - Şahbuz rayon sakini Azər Abbasov
Şahbuz rayon sakini Azər Abbasov üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
22.10.2025 - Bakı şəhər sakini Ruhid Bədəlov
Bakı şəhər sakini Ruhid Bədəlov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
22.10.2025 - Balakən rayon sakini İsgəndər Əhmədov
Balakən rayon sakini İsgəndər Əhmədov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
21.10.2025 - Xəzər rayon sakini Allahverdi Allahverdiyev
Xəzər rayon sakini Allahverdi Allahverdiyev məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.