Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Nilufər Mirzəzadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Rasim Məmmədli DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Elsura Babayeva DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Nəriman Əsədov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Əli Dadaşov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. Üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Coşqun Cəfərov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini,  müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Asif Orucov  məktubunda müraciəti üzrə həyata keçirilən tədbirlərə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Vətəndaş Fərid Rəsulov DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında müraciəti ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə yaxınlaşdığını və ona müvafiq izah verilərək məsələnin həllini tapdığını qeyd edir. O, müraciətinə operativ reaksiya verilməsinə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Rauf Həsənov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mənə qarşı törədilmiş dələduzluq əməlinə görə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Bildirirəm ki, Nəsimi RPİ-nin 20-ci PŞ-də aparılan təhqiqat araşdırması nəticəsində mənə dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Buna görə DİN-in və Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Var olsun, Azərbaycan polisi!”.