Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Aysel Abdullayeva müraciətinə operativ baxılaraq ona dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Şahin Hüseynov dələduzluq yolu ilə pulunun ələ keçirilməsi barədə müraciətinin obyektiv şəkildə araşdırılmasına və dəymiş ziyanın ödənilməsinin təmin edilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Pərviz İsayev baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin kollektivinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi İsmayıl Muradlı müraciətinə obyektiv baxılaraq ona dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Dünya Əzizova oğurlanan telefonunun qısa müddətdə tapılaraq ona qaytarılmasında əməyi olan Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinin kollektivinə minnətdarlığını bildirir. 

Sosial şəbəkə istifadəçisi Səbinə Əliyeva itirdiyi bank kartının tapılması ilə bağlı etdiyi müraciətə qısa zaman ərzində operativ baxılaraq göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Dürrə Piriyeva oğurlanan mobil telefonunu tez bir zamanda taparaq ona təhvil verdikləri üçün Nərimanov Rayon Polis İdarəsinin 16-ci Polis Şöbəsinin rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Nail Səfərov ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Abşeron rayon sakini Qadir Cəfərov qazilərə, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayığnın, etimadın təqdirəlayiq olduğunu qeyd edərək Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.