Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Rahim Quliyev DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.

Vətəndaş Şahin Zeynalov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Ayan Hüseynquliyeva DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Samir Abdullayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, vətəndaşların nəzakətlə qarşılanaraq dinlənildiyini, müraciətlərinə həssaslıqla yanaşıldığını və polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Azərbaycan Polisinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Mingəçevir şəhər sakini Elgün İbrahimov müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Göyçay rayon sakini Araz Axundov müraciətinin müsbət həll olunmasına görə, Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Taleh Mehnətov müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Dürdanə Kərimova müraciətinin müsbət həll olunmasına görə, Oğuz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Aysel Dadaşova xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Abşeron RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.