Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
04.12.2025 - Vətəndaş Nərmin Quliyeva
Vətəndaş Nərmin Quliyeva Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Nərimanov RPİ-nin və 18-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
04.12.2025 - Vətəndaş Səməndər Hüseynli
Vətəndaş Səməndər Hüseynli baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
04.12.2025 - Vətəndaş Rüfət Qarayev
Vətəndaş Rüfət Qarayev DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, itirdiyi pul kisəsinin tapılmasında göstərilən köməkliyə görə Səbail RPİ-nin 9-cu Polis Bölməsinə minnətdarlığını bildirir.
04.12.2025 - Vətəndaş Rəşadət Əskərov
Vətəndaş Rəşadət Əskərov müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
04.12.2025 - Tərtər rayon sakini Vüqar Məmmədov
Tərtər rayon sakini Vüqar Məmmədov vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin məişət səs-küyü ilə bağlı müraciətinin müsbət həll olunaraq özünün və yaşadığı küçənin sakinlərinin narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.12.2025 - Vətəndaş Vüsal İslamov
Vətəndaş Vüsal İslamov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.12.2025 - Vətəndaş Anar İbrahimov
Vətəndaş Anar İbrahimov DİN-in “Instagram” səhifəsinə mesajında pulqabısını itirməsilə bağlı polis əməkdaşlarının operativliyi nəticəsində qısa müddətdə pulqabısının tapılaraq ona təhvil verildiyini qeyd edir, müraciətinə həssas yanaşılmasına görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.12.2025 - Vətəndaş Əli Haxverdiyev
Vətəndaş Əli Haxverdiyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.12.2025 - Vətəndaş İlkanə Bayramova
Vətəndaş İlkanə Bayramova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.