Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.01.2026 - Quba rayon sakini Ramiz Həmzəyev
Daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda iştirak edən Quba rayon sakini Ramiz Həmzəyev ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
15.01.2026 - Şəhid anası olan Quba rayon sakini Gülbacı Lətifova
Şəhid anası olan Quba rayon sakini Gülbacı Lətifova daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya, həmçinin maddi yardım göstərilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
15.01.2026 - Quba rayon sakini Tofiq Şirinov
Quba rayon sakini Tofiq Şirinov daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda etdiyi müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
15.01.2026 - Quba rayon sakini Bayram Əliyev
Daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda iştirak edən Quba rayon sakini Bayram Əliyev ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə, Quba və Xaçmaz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
15.01.2026 - Vətən müharibəsi və Antiterror əməliyyatı iştirakçısı olan Xaçmaz rayon...
Vətən müharibəsi və Antiterror əməliyyatı iştirakçısı olan Xaçmaz rayon sakini Azər Muradov daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya, həmçinin müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
15.01.2026 - Quba rayon sakini Firəngiz Əhmədova
Quba rayon sakini Firəngiz Əhmədova daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya, həmçinin müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
15.01.2026 - Siyəzən rayon sakini Elçin Məmmədov
Siyəzən rayon sakini Elçin Məmmədov daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya, həmçinin müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
15.01.2026 - Sosial şəbəkə istifadəçisi Reyhan Ələkbərova
Sosial şəbəkə istifadəçisi Reyhan Ələkbərova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə çevik reaskiya verilməsinə və qanunamüvafiq qaydada tədbirlərin görülməsinə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.01.2026 - Lerik rayon sakini Nənəvəs Cahangirova
Lerik rayon sakini Nənəvəs Cahangirova öz məktubunda cinayətkarlığa və inzibati hüquqpozmalara qarşı qətiyyətlə və yüksək peşəkarlıqla aparılan mübarizə tədbirlərinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.