Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçiləri Murad Babayev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Xətai RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Aidə Abdullayeva Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir. 

Gəncə şəhər sakini Tahir Abbasov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ölkə ərazisində, həmçinin Gəncə şəhərində ictimai asayişin etibarla qorunmasına, cinayətkarlıqla qətiyyətli mübarizəyə, sabitliyin peşəkarlıqla təmin edilməsinə və vətəndaş-polis münasibətlərinin inkişafına görə DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.

Abşeron rayon sakini Elşən Babayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Barəmdə tərtib olunan protokolla bağlı narazılığımı bildirmişdim. Yasamal Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən qəbul edildim, müraciətimlə bağlı aparılan araşdırmaların gedişi və müddəti haqqında mənə ətraflı məlumat verildi. Müraciətimə operativ şəkildə baxıldığı və vaxtında cavablandırıldığı üçün Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Vətəndaş Vasif Bağırov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Xətai rayonu ərazisində yerləşən və sahibi olduğum diş klinikasının mühafizə sisteminə qoşulması ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Müraciətim dərhal qeydiyyata alınmış və operativ şəkildə mühafizə sistemi qoşulmuşdur. Göstərilən diqqət və operativliyə görə DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.

Vətəndaş Təranə Məhərrəmova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Nərimanov rayon sakini kimi öz adımdan bildirirəm ki, rayon polis idarəsinin 17-ci Polis Şöbəsinə ünvanladığım ərizə ilə bağlı dərhal operativ reaksiya göstərildi, mənə dəymiş ziyan tam şəkildə ödənildi. Bu səbəbdən DİN-in rəhbərliyinə və Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.

Vətəndaş Şahin Zeynalov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə yaşadığım binanın altında yerləşən kafedən gələn səs-küylə bağlı müraciət etmişdim. Müraciətimlə əlaqədar polis əməkdaşları həmin obyektə gələrək məsələni operativ şəkildə həll etdilər və səs-küy aradan qaldırıldı. Müraciətimin müsbət həllinə görə DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə, eləcə də  36-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Sağ olsun, Azərbaycan polisi!”.

Vətəndaş Daşqın Məşədiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Ərizə ilə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə operativ şəkildə reaksiya verildi, mənə lazımi köməklik göstərildi. Buna görə də DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Quba rayon sakini Cabir Beydullayev daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda etdiyi müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.