Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.02.2026 - Bakı şəhər sakini Nərgiz Cəbiyeva
Bakı şəhər sakini Nərgiz Cəbiyeva məktubunda etdiyi müraciəti üzrə obyektiv araşdırma aparıldığını və ona müvafiq köməkliyin göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
12.02.2026 - İran İslam Respublikasının vətəndaşı Şahpələng Mehdi Hüseyn
İran İslam Respublikasının vətəndaşı Şahpələng Mehdi Hüseyn DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə həyata keçirilən tədbirlərə və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
11.02.2026 - Vətəndaş Qurban Kərimov
Vətəndaş Qurban Kərimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ünvanladığı müraciətinə operativ baxıldığına, Nərimanov Rayon Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına, eləcə də köməklik göstərildiyinə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.
11.02.2026 - Gəncə şəhər sakini Mehriban Ələsgərova
Gəncə şəhər sakini Mehriban Ələsgərova məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, aparılan obyektiv araşdırma nəticəsində müraciətinin müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
11.02.2026 - Abşeron rayon sakini Emil Omarov
Abşeron rayon sakini Emil Omarov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, “E-Polis” mobil tətbiqi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.
10.02.2026 - Bakı şəhər sakini Elnarə Həsənova
Bakı şəhər sakini Elnarə Həsənova DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Xətai RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
10.02.2026 - Vətəndaş Rəhilə Sadıxova
Vətəndaş Rəhilə Sadıxova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciəti üzrə aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.02.2026 - Vətəndaş Gülay Məmmədova
Vətəndaş Gülay Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsinin təmin olunmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.02.2026 - Vətəndaş Günay Bəhmənova
Vətəndaş Günay Bəhmənova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilməsinə, həyata keçirilən tədbirlərə, həmçinin göstərilən köməkliyə görə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.