Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.02.2026 - Vətəndaş Leyli Cəfərova
Vətəndaş Leyli Cəfərova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda axtarış işi ilə bağlı Qaradağ Rayon Polis İdarəsinə müraciət etdiyini qeyd edir. O, idarənin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən müraciətinə operativ baxılmasına, qısa müddətdə müvafiq tədbirlərin keçirilməsinə və müraciətinin müsbət həllinə görə Qaradağ Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
12.02.2026 - Quba rayon sakini Bəhruz İsayev
Quba rayon sakini Bəhruz İsayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.02.2026 - Quba rayon sakini Cavid Əhmədxanov
Quba rayon sakini Cavid Əhmədxanov etdiyi müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.02.2026 - Quba rayon sakini Mətləb Abdullayev
Quba rayon sakini Mətləb Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.02.2026 - Quba rayon sakini Yusif Əlimuradov
Quba rayon sakini Yusif Əlimuradov avtomobilində nasazlıq olması səbəbindən yolda qaldığında ona göstərilən köməkliyə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.02.2026 - Quba rayon sakini Adəm Abıyev
Quba rayon sakini Adəm Abıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.02.2026 - Quba rayon sakini Nicat Məmmədov
Quba rayon sakini Nicat Məmmədov itirdiyi portmanatının qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.02.2026 - Quba rayon sakini Eltun Hacıyev
Quba rayon sakini Eltun Hacıyev avtomobilində nasazlıq olması səbəbindən yolda qaldığında ona göstərilən köməkliyə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.02.2026 - Quba rayon sakini Əbilfəz Cəbrayılov
Quba rayon sakini Əbilfəz Cəbrayılov qarlı-şaxtalı hava səbəbindən yolda qaldığında ona göstərilən köməkliyə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.