Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Tural Abdullazadə DİN-in sosial şəbəkə səhifəsinə yazdığı təşəkkür mesajında baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına və obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Müjgan Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmaya, həmçinin göstərilən diqqət və köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Bahadur Səmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Marina Məmmədşahova DİN-in “Intagram” səhifəsinə Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən Quba rayonunda keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıq verildiyini qeyd edir. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Ayaz Quliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinin obyektiv və operativ araşdırılmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin təşəkkürünü bildirir.

Vətəndaş Nəzakət Pənahova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, yaşadığı yerdə kibertəhlükəsizliklə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirildiyini qeyd edərək Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirir. 

Vətəndaş Leyla Nuriyeva Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Nicat Nəsirov etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

Masallı rayon sakini Allahşükür Zahidov öz məktubunda ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunmasına, qanunçuluğun qorunmasına, vətəndaş müraciətlərinə həssaslıqla və çevik reaksiya verilməsinə, humanistliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.