Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Günay Sultanova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək mobil telefonumun oğurlanması barədə məlumat vermişdim. Aparılan təhqiqat araşdırması zamanı 20-ci Polis Şöbəsi əməkdaşları tərəfindən tədbir görülərək telefonum tapılaraq mənə qaytarıldı, oğurluq etmiş şəxs məsuliyyətə cəlb olundu. Buna görə DİN-in rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.

Vətəndaş Süleyman Həsənov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə binanın qarşısında qanunsuz parklanma xidməti göstərilməsi ilə bağlı müraciət etdim. Müraciətimə dərhal baxıldı və qanunsuz fəaliyyət göstərən şəxs barəsində qanuni tədbir görüldü. DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Vətəndaş Məhəmmədəli Şərifov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Instagram” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına, verilən müvafiq göstəriş əsasında qısa müddətdə müsbət həllinə görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Firuzə Qurbanova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına, yüksək peşəkarlıqla keçirilmiş operativ tədbirlərlə köməyə ehtiyacı olan vətəndaşın probleminin həll olunmasına və təhlükəsizliyinin təmin edilməsinə görə DİN-in rəhbərliyinə, həmçinin Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin və Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayır. 

Vətəndaş İlahə Xudaverdiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki məktəblərdə, o cümlədən onun övladının təhsil aldığı məktəbdə narkomaniya əleyhinə və kibertəhlükəsizliklə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər keçirildiyini qeyd edir. Bu tədbirlərin təqdirəlayiq olduğunu, həmçinin uşaqların maarifləndirilməsində və məlumatlı olmasında böyük rolu olduğunu qeyd edən İ.Xudaverdiyeva DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirir.

Vətəndaş İbrahim Qurbanlı DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Dilavər Rzayev polis əməkdaşlarının operativliyi sayəsində qısa müddətdə övladının üzləşdiyi cinayət əməlini törədən şəxsin saxlanıldığını, oğurlanmış mobil telefonlarının özünə qaytarıldığını qeyd edir. Göstərilən köməkliyə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Teymur Mustafayev hətta polisin səlahiyyətinə aid olmasa belə, vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə DİN rəhbərliyinə, Nəsimi Rayon Plolis İdarəsinin və 19-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Sabir Hüseynov Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında baş vermiş oğurluq hadisəsi ilə bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.