Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
10.02.2026 - Vətəndaş Fərdi Seyidov
Vətəndaş Fərdi Seyidov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinin müsbət həll olunmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.02.2026 - Vətəndaş Niyazi Muradov
Vətəndaş Niyazi Muradov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və göstərilən köməkliyə görə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.02.2026 - Vətəndaş Ruslan Cavadzadə
Vətəndaş Ruslan Cavadzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.02.2026 - Şəhid ailəsi olan İntizar İbrahimova
Şəhid ailəsi olan İntizar İbrahimova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığını və ona dəymiş maddi ziyanın ödətdirilməsinin təmin olunduğunu qeyd edir.
İ.İbrahimova polis əməkdaşları tərəfindən şəhid və qazi ailələrinə, o cümlədən ona göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər nazirliklərinin rəhbərliyinə təşəkkürünü bildirir.
10.02.2026 - Vətəndaş Rəşidə Rəsulova
Vətəndaş Rəşidə Rəsulova DİN-in “Instagram” səhifəsinə mesajında mobil telefonunun itməsi ilə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdiyini, polis əməkdaşlarının operativliyi sayəsində telefonunun qısa müddətdə tapılaraq ona təhvil verildiyini yazır. Göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə və Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.02.2026 - Bakı şəhər sakini Fuad Hüseynov
Bakı şəhər sakini Fuad Hüseynov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.02.2026 - Vətəndaş Natəvan Rüstəmova
Vətəndaş Natəvan Rüstəmova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.02.2026 - Bakı şəhər sakini Pünhan Kərimov
Bakı şəhər sakini Pünhan Kərimov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.
10.02.2026 - Bakı şəhər sakini Yeganə Əzizova
Bakı şəhər sakini Yeganə Əzizova DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.