Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.01.2026 - Sosial şəbəkə istifadəçisi Məhəmməd Zeynalov
Sosial şəbəkə istifadəçisi Məhəmməd Zeynalov müraciətinə operativ baxılmasına və müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin 18-ci PŞ-nin kollektivinə minnətdarlığını bildirir.
20.01.2026 - Sosial şəbəkə istifadəçisi Lalə Məmmədova
Sosial şəbəkə istifadəçisi Lalə Məmmədova tanışının ona olan borcunu qaytarmadığı barədə müraciətinə operativ baxılmasına və göstərilən köməkliyə görə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin rəhbərliyinə təşəkkür edir.
20.01.2026 - Sosial şəbəkə istifadəçisi Gündüz Əliyev
Sosial şəbəkə istifadəçisi Gündüz Əliyev yaşadığı binanın həyətinə məişət tullantılarının atılması ilə bağlı etdiyi müraciətə dərhal reaksiya verilməsinə və ərazinin qısa müddətdə təmizlənməsi təmin edilərək antisanitar vəziyyətin aradan qaldırılmasına görə Xətai RPİ-nin 36-cı PŞ-nin kollektivinə minnətdarlıq edir.
20.01.2026 - Sosial şəbəkə istifadəçisi Emin Hüseynov
Sosial şəbəkə istifadəçisi Emin Hüseynov itirdiyi pulkisəsinin qısa müddətdə tapılaraq ona qaytarılmasında əməyi olan Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
20.01.2026 - Sosial şəbəkə istifadəçisi Vüsal Bağırov
Sosial şəbəkə istifadəçisi Vüsal Bağırov etdiyi müraciətinə həssaslıqla yanaşılaraq əmək haqqının ödətdirilməsinin təmin edilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.01.2026 - Sosial şəbəkə istifadəçisi Uğur Məmmədov
Sosial şəbəkə istifadəçisi Uğur Məmmədov qanunsuz küçə ticarəti ilə bağlı etdiyi müraciətinə operativ baxılaraq qanunamüvafiq tədbirlərin görülməsinə görə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin rəhbərliyinə təşəkkür edir.
20.01.2026 - Sosial şəbəkə istifadəçisi Aqşin Hümbətov
Sosial şəbəkə istifadəçisi Aqşin Hümbətov xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı ona göstərdikləri diqqət və qayğıya görə Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.01.2026 - Vətəndaş Anar Qocalı
Vətəndaş Anar Qocalı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm. Qısa müddət ərzində mənə məxsus çantadan götürülmüş əşyalar tapılaraq mənə təhvil verildi. Göstərilən diqqət və operativliyə görə Azərbaycan polisinə minnətdaram”.
20.01.2026 - Vətəndaş Kamran İbrahimov
Vətəndaş Kamran İbrahimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Səhvən başqa karta pul köçürməyimlə bağlı müraciət etmişdim. Qeyd olunan məsələ ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinə dəvət olundum. Məsələ öz həllini tapdı, mənə dəymiş ziyan ödənildi. Sabunçu Rayon Polis İdarəsinə təşəkkür edirəm”.