Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Bədəl Əhmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan Polisinə minnətdarlığını bildirir, onlara şərəfli xidmətlərində uğurlar arzulayır.

Culfa rayon sakini Müşfiq Babayev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.

Vətən Müharibəsi veteranı Səddam Xəlilzadə Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinə operativ baxılmasına görə DİN rəhbərliyinə və kollektivinə təşəkkür edir. 

Ağdam rayon sakini İlahə Səfiyarova DİN-ə ünvanladıqları təşəkkür məktubunda müraciətinə həssas yanaşılaraq ona göstərilən yardımlara görə DİN rəhbərliyi rəhbərliyinə təşəkkür edir.

Bakı şəhər sakini Əhliman Ələsgərov məktubunda müraciəti ilə əlaqədar aparılan araşdırmalara və göstərilən köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Hərbi jurnalist Rahib Qəribov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Səbail RPİ 8-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Telman Səfərov məktubunda müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Yasamal RPİ 26-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş İlkin Şabanov məktubunda müraciətinə göstərilən operativliyə və obyektivliyə görə Xətai RPİ 34-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli işlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Ülkər Həmzəyeva məktubunda müraciətinin müsbət həll olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.